UEFA-nın İntizam Komitəsinin Moskva "Lokomotiv"inin futbolçusu Dmitri Tarasovun məsələsinə nə vaxt baxacağına aydınlıq gəlib.
Qaynar.info xəbər verir ki, UEFA martın 17-də bu hərəkətə hüquqi qiymət veriləcəyini açıqlayıb.
Qeyd edək ki, FİFA-nın təsdiqlədiyi UEFA-nın intizam kodeksinin 4.01-ci maddəsinə görə, futbolçular üzərində siyasi və ya dini şüarlar, şəxsi bəyanat və ya reklam olan formalarını nümayiş etdirməməlidirlər. Rusiya prezidenti Vladimir Putinin şəklini formasında nümayiş etdirən Dmitri Tarasovun bu hərəkətinə görə, 10 oyunluq beynəlxalq matçlardan kənarlaşdırılacağı istisna olunmur.
Qaynar.info