Xəbər lenti

UEFA Super Kubokunda kimlər qarşılaşacaq?
İdman 10:01 31.05.2026

UEFA Super Kubokunda kimlər qarşılaşacaq?

2026-cı il UEFA Superkubokunda Fransanın PSJ və İngiltərənin "Aston Villa” klubları qarşılaşacaq. 
 
Qaynarinfo əbər verir ki, oyun avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena”da keçiriləcək.

PSJ Superkuboka Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris təmsilçisi finalda "Arsenal”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə PSJ penaltilər seriyasında 4:3 hesabı ilə üstün olub.

"Aston Villa” isə Avropa Liqasının finalında Almaniyanın "Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Beləliklə, UEFA Superkuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->