Dünya 19:09 24.05.2022

ÜST-dən meymunçiçəyi xəstəliyi ilə bağlı açıqlama

Meymunçiçəyi xəstəliyi kontrol edilə biləndir. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir. 

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı meymunçiçəyi xəstəliyinin yayılmağa başladığı mayın 7-dən bəri daha 131 xəstəlik və 106 daha şübhəli hal qeydə alındığını bildirib.

Təşkilat deyilib ki, xəstəliyin baş verməsi qeyri-adi olsa da, o, qarşısı alına biləndir və hazırda məhdud olaraq qalır. ÜST üzv dövlətləri vəziyyətin qarşısını almağı daha çox tövsiyə ilə dəstəkləmək üçün növbəti görüşə çağırır. 

Meymunçiçəyi qərbi və mərkəzi Afrikanın bəzi bölgələrində endemik olan əsasən yüngül infeksiyadır. Daha çox yaxın təmas yolu ilə yayılır və son epidemiyaya qədər dünyanın digər yerlərində nadir hallarda müşahidə olunurdu. Son yoluxmaların əksəriyyəti Avropada qeydə alınıb.

"Biz hamınızı meymun çiçəyi xəstəliyinə yoluxma səviyyəsinin hansı vəziyyətdə olduğunu aydınlaşdırmaq və onun hansı istiqamətdə getdiyini anlamaq üçün nəzarəti artırmağa dəvət edirik”,- ÜST-ün Qlobal Yoluxucu Təhlükəyə Hazırlıq üzrə direktoru Silvi Briand deyib.

O, yoluxmaların aysberqin görünən hissəsi olub-olmadığını və ya yoluxmada pik həddə çatılıb-çatılmayacağının hələ məlum olmadığını vurğulayıb. 
 
Nurlan Hüseynov