Xəbər lenti

ÜST-ün baş alimindən koronavirusun mənşəyi ilə bağlı vacib açıqlama
Dünya14:49 21.08.2023

ÜST-ün baş alimindən koronavirusun mənşəyi ilə bağlı vacib açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar bildirib ki, COVID-19-un laboratoriya mənşəli deyil, təbii olması ehtimalı var. 
Qaynarinfo xəbər verir ki, o, həmçinin Çin tərəfi bütün məlumatları paylaşmağa hazır olarsa, koronavirusun mənşəyinin səbəblərini tapmaq üçün bu ölkəyə yeni ÜST missiyası göndərməyə çağırış edib.
"COVID-19-un təbii mənşəyi getdikcə daha çox ehtimal olunur", deyə ekspert "Financial Times"a müsahibəsində bildirib. 
Bununla belə, o qeyd edib ki, ÜST mütəxəssisləri koronavirusun mümkün səbəbi kimi laboratoriya marşrutunu - Vuhan Virusologiya İnstitutundan sızma və infeksiyanın şəhər bazarlarından heyvan əti vasitəsilə ötürülməsi versiyalarını istisna etmirlər.
İyul ayında məlum olub ki, ABŞ hakimiyyəti Vuhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, Amerika səlahiyyətlilərinin bu elm müəssisəsi ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.
ÜST tərəfindən elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. Koronavirusun mənşəyi ilə bağlı ÜST-nin araşdırmasının lazımi məlumatların toplanması ilə bağlı problemlərə görə dayandırıldığı barədə bu ilin əvvəlində "Nature" və "The Daily Telegraph" elmi jurnalları məlumat vermişdi.
ÜST ekspertlərinin Vuhana ekspedisiyasının iştirakçısı, Pasteur Epidemiologiya və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Vladimir Dedkov virusun mənşəyinin öyrənilməsi ilə bağlı elmi işlərin kəskin şəkildə siyasiləşdirildiyini deyib. Onun sözlərinə görə, bu səbəbdən Çin tərəfi gələcək əməkdaşlıqdan imtina edib.
Aydın