Xəbər lenti

ÜST yeni koronavirus dalğasını elan etdi
Sağlamlıq16:57 19.07.2022

ÜST yeni koronavirus dalğasını elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.
ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun "Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.
"Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası "Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.
Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.