Xəbər lenti

Üstün cəhətləri çox olan süni intellekt insanlara hansi təhlükəni hazırlayır? (VİDEO)
Video 09:14 29.07.2024

Üstün cəhətləri çox olan süni intellekt insanlara hansi təhlükəni hazırlayır? (VİDEO)

Hazırda marketinq, bank, səhiyyə, təhsil, maşınqayırma, sənaye və digər sahələrdə süni intellektdən istifadə edilir. 

Xezerxeber.az-ın xəbərinə görə, bu gün süni intellekt proqramları sayəsində saniyələr ərzində istənilən mövzuda məqalə yaza, proqramlaşdırma kodları yarada, riyazi tənliyi həll edə, mətnləri dünyanın bütün dillərinə tərcümə edə bilərik.

İKT üzrə mütəxəssis Elvin Abbasov deyir ki, süni intellektin üstün cəhətləri çoxdur. 

Amma alimlər fikirləşir ki, hər şeyin bu qədər əlçatan olması sözsüz ki, bəşəriyyət üçün təhlükəli ola bilər. Məsələn, bir məktəblinin və ya tələbənin süni zəka vasitəsilə istənilən mövzuda esse, məqalə, skript, araşdırma materialları hazırlaması vərdiş halını alarsa, insanlar düşünmək və yazmaq bacarıqlarını itirəcək. Bu da əmək və yaradıcılıq sahəsində monotonlaşmaya, rəqabətin olmamasına gətirib çıxaracaq. Bəs bu sahəyə nəzarət edə bilərikmi?

Mütəxəssisin fikrincə, süni intellektdən qorxmaq yerinə doğru istifadə etməli və onu inkişaf etdirməliyik.

Süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib.

Alimlər hesab edir ki, süni intellektdən daha səmərəli istifadə üçün onun etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->