Xəbər lenti

Uhandan gətirilən azərbaycanlılar artıq Türkiyədədir (FOTOLAR)
Dünya18:40 01.02.2020

Uhandan gətirilən azərbaycanlılar artıq Türkiyədədir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində ölümcül koronavirusun ortaya çıxdığı Uhan şəhərindən Türkiyə və qonşu ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının təxliyə üçün yola çıxan təyyarə artıq Ankaraya enib.
Qaynarinfo xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə aid olan A400M tipli yük təyyarəsi yerli vaxtla saat 21.02-də Etimesqut Aeroportuna eniş edib. 32 saat davam edən təxliyə prosesindən sonra Çindən gətirilən vətəndaşlar karantin altına alınıblar.
Qeyd edək ki, sözügedən şəxslər 14 gün karantin altında saxlandıqdan sonra, ölkələrinə göndəriləcəklər. Gətirilənlər arasında 6 Azərbaycan vətəndaşı var.
Camal