Ukrayna hakimiyyəti 12 mindən çox Rusiya Federasiyası vətəndaşının daxil olduğu sanksiya siyahısı hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko
bildirib.
TASS-ın məlumatına görə, Kiyev əsasən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə və "Ukraynanın milli təhlükəsizliyinə xələl gətirən” digər ruslara qarşı məhdudiyyətlərin tətbiq etmək niyyətindədir.
Nikolenkonun sözlərinə görə, siyahıya oliqarxlar, Rusiya hökumətinin üzvləri və "təbliğatçılar” daxil olacaq.
İndi Ukrayna tərəfi tərəfdaşlarla birlikdə ölkənin fikrincə, Ukraynaya təcavüzə görə şəxsi sanksiyalar tətbiq edilməli olan şəxslərin müəyyən edilməsi mexanizmini işləyib hazırlayır.
Alpər