Xəbər lenti

Ukrayna 90 hərbçisini əsirlikdən qaytardı (FOTO)
Foto 12:36 26.06.2024

Ukrayna 90 hərbçisini əsirlikdən qaytardı (FOTO)

Çərşənbə axşamı, iyunun 25-də 90 ukraynalı hərbçi Rusiya əsirliyindən geri qaytarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.
 
Onun sözlərinə görə, Milli Qvardiya, Hərbi Dəniz Qüvvələri, Ordu, Ərazi Müdafiəsi və Sərhəd Mühafizəsinin əsgərləri əsirlikdən azad edilib.

"Mariupolu müdafiə edənlər, Xerson, Donetsk, Xarkov, Zaporojye və Luqansk istiqamətində olanlar, hər birinin azad edilməsi üçün çalışırıq”, - o yazıb.

Prezident Aparatının rəhbəri Andrey Yermak qeyd edib ki, hərbçilər arasında "Azovstal”ın 52 müdafiəçisi və Çernobıl AES-dən əsirlər var. "Yaxın gələcəkdə davamını səbirsizliklə gözləyirik. Bu, mühüm mübadilədir. Bizim üçün əsas odur ki, bütün insanlarımızı evə qaytaraq. Hər bir hərbçi ailəsini qucaqlasın, doğma torpağına addım atsın, azad hava ilə nəfəs alsın. Prezidentin vəzifəsi bütün əsirləri geri qaytarmaqdır. Komandamıza işinə görə, mübadilələri asanlaşdırdığına görə BƏƏ-yə təşəkkür edirəm”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, mübadilə "90/90” düsturuna əsasən aparılıb və Birləşmiş Ərəb Əmirlikləri vasitəçi qismində çıxış edib.
Bildiyiniz kimi, bundan əvvəl Roma Papası Fransisk Ukrayna və Rusiyanı "hamı üçün” formatında məhbus mübadiləsi aparmağa çağırmışdı. Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov bildirib ki, Ukrayna bunun yalnız lehinədir, lakin Rusiya tərəfi bunda maraqlı deyil.

Bu yaxınlarda Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı bildirib ki, hazırda 403 ukraynalı qadın Rusiya əsirliyində qalır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->