Xəbər lenti

Ukrayna ABŞ-ın Rusiyaya zərbə endirmək icazəsi barədə üç gün əvvəl xəbər tutub
Dünya 12:26 18.11.2024

Ukrayna ABŞ-ın Rusiyaya zərbə endirmək icazəsi barədə üç gün əvvəl xəbər tutub

ABŞ prezidenti Co Bayden Ukraynanın yalnız Rusiya Federasiyasının (RF) Kursk vilayətində uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Müvafiq qərar təxminən üç gün əvvəl qəbul edilib.

Bu barədə Qaynarinfo "Axios"a istinadən xəbər verir.

Nəşrin mənbəsi izah edir ki, bu qərar Şimali Koreyanın Ukraynaya qarşı müharibəyə Rusiyaya daha çox qoşun göndərməsinin qarşısının alınması üçün verilib.

"Amerika rəsmiləri ümid edir ki, Kurskda olan Şimali Koreya qoşunları vurularsa, Pxenyan Rusiyaya qoşun göndərmək qərarına yenidən baxa və Rusiyanın Kurskdakı əks-hücumları uğursuzluqla nəticələnə bilər", deyə "Axios" əlavə edib.

Bu arada, Demokratiyanın Müdafiəsi Fondunun (FDD) Rusiya məsələləri üzrə Rusiya proqramının direktor müavini Con Hardi əmindir ki, uzaqmənzilli silahlardan istifadəyə icazə yalnız Kursk vilayəti ilə məhdudlaşmamalıdır. Belə ki, Rusiya Federasiyası boyunca yüksək prioritetli hədəflərin vurulması Kiyevi potensial danışıqlar zamanı daha yaxşı mövqeyə qoya bilər. Xüsusilə, bu, Moskvanı kritik enerji infrastrukturuna hücumlara moratorium qoymağa məcbur edə bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->