Xəbər lenti

"Ukrayna-ABŞ zəmanət razılaşması İsrail modelinə bənzəməlidir" - Zelenski
Dünya05:09 28.08.2023

"Ukrayna-ABŞ zəmanət razılaşması İsrail modelinə bənzəməlidir" - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-la Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli müqavilə İsrail modelinə bənzəməlidir. O, silah, sanksiyalar, maliyyə məsələlərini ehtiva etməlidir, lakin siyahı hər bir ölkə üçün fərqli ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalist Natalya Moseyçuka verdiyi müsahibəsində danışıb.
"Orada (təhlükəsizlik zəmanəti ilə bağlı müqavilələrdə-red.) sanksiyalar, silahlar, maliyyə, hava hücumundan müdafiə, təyyarələr olmalıdır - menyu böyükdür, amma fərqli müştərilər var, gəlin belə deyək. ABŞ-la daha güclü ikitərəfli saziş olacaq. Britaniya ilə güclü olacaq. Elə dövlətlər var ki, onların sadəcə olaraq silahı yoxdur, lakin maliyyəsi var, təcavüzün təkrarlanması halında ciddi sanksiyalar”, deyə Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, ABŞ-la razılaşma amerikalıların İsrailə verdiyi təhlükəsizlik zəmanəti modelinə bənzəyir: 
"Birləşmiş Ştatlarla, yəqin ki, bizim məhz belə bir modelimiz olacaq - İsrail modeli, burada silahlar, texnologiyalar, təlimlər, maliyyə var və s. Sanki İsrail modeli olacaq, amma bizim dövlətimiz başqa dövlətdir, düşmənimiz də başqadır".
Ukrayna dövlət başçısı əmin edib ki, ABŞ-da prezident dəyişiləcəyi təqdirdə müqavilə öz qüvvəsini saxlayacaq, belə ki, sənəd Konqresdə, Avropa ölkələrində isə onların parlamentləri tərəfindən ratifikasiya edilməlidir.
Zelenski əlavə edib ki, Ukrayna NATO-dan imtina etmir və təhlükəsizlik zəmanətləri ölkənin Alyansa gedən yolunda işlək olacaq.
Nizami Bağırov