Xəbər lenti

Ukrayna açıqladı: döyüşlərdə gündə bu qədər əsgər itirir
Siyasət18:32 10.06.2022

Ukrayna açıqladı: döyüşlərdə gündə bu qədər əsgər itirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna döyüşlərdə hər gün 100-200 arası əsgər itirir. 
Qaynarino BBC saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin yüksək rütbəli köməkçisi deyib.
Mixaylo Podolyak deyib ki, Ukraynanın Şərqi Donbas bölgəsində Rusiya ilə mübarizəni bərabərləşdirmək üçün yüzlərlə Qərb artilleriya sisteminə ehtiyacı var.
O, həmçinin bildirib ki, Kiyev Moskva ilə sülh danışıqlarını bərpa etmək fikrində deyil. 
Rusiya qüvvələri hazırda bütün Donbasa nəzarəti ələ keçirmək üçün Ukrayna qoşunlarını amansız bombardman edir. 
"Rusiya qüvvələri demək olar ki, nüvə silahı istisna, hər şeyi, o cümlədən ağır artilleriya, çoxsaylı raket buraxılış sistemləri və aviasiyanı cəbhəyə atıb”,- Podolyak deyib.
O, Ukraynanın ağır itkisinin səbəbinin Rusiya və Ukrayna orduları arasında silahlanmanın bərabər olmaması ilə əlaqəli olduğunu bildirib.
Podolyak Ukraynanın Rusiya ilə silah baxımından bərabərləşməsi üçün ölkəsinin 150-300 arası raketatma sisteminə ehtiyacı olduğunu bildirib. 
Nurlan