Xəbər lenti

Ukrayna açıqladı: Döyüşlərdə gündə nə qədər əsgər itirilir?
Dünya13:46 10.06.2022

Ukrayna açıqladı: Döyüşlərdə gündə nə qədər əsgər itirilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna döyüşlərdə hər gün 100-200 arası əsgər itirir. 
Qaynarino BBC saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin yüksək rütbəli köməkçisi deyib.
Mixaylo Podolyak deyib ki, Ukraynanın Şərqi Donbas bölgəsində Rusiya ilə mübarizəni bərabərləşdirmək üçün yüzlərlə Qərb artilleriya sisteminə ehtiyacı var.
O, həmçinin bildirib ki, Kiyev Moskva ilə sülh danışıqlarını bərpa etmək fikrində deyil. 
Rusiya qüvvələri hazırda bütün Donbasa nəzarəti ələ keçirmək üçün Ukrayna qoşunları amansız bombardmana tutur. 
"Rusiya qüvvələri demək olar ki, nüvə silahı istisna hər şeyi, o cümlədən ağır artilleriya, çoxsaylı raket buraxılış sistemləri və aviasiyanı cəbhəyə atıb”, deyə Podolyak deyib.
O, Ukraynanın ağır itkisinin səbəbinin Rusiya və Ukrayna orduları arasında silahlanmanın bərabər olmaması ilə əlaqəli olduğunu deyib.
Podolyak Ukraynanın Rusiya ilə silah baxımından bərabərləşməsi üçün ölkəsinin 150-300 arası raket atma sisteminə ehtiyacı olduğunu bildirib. 
Nurlan