Xəbər lenti

Kiyevdə Rusiya desant bazası məhv edildi
Dünya14:22 04.03.2022

Kiyevdə Rusiya desant bazası məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna artilleriyası Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında paylaşım edib.
Onun sözlərinə görə, baza Kozaroviçi kəndi yaxınlığındakı müəssisənin ərazisində yerləşir.
"Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazası məhv edilib. Bununla yanaşı Rusiyanın Çerniqov vilayətində texnika karvanı və Volnovaxa yaxınlığında bir təyyarəsi vurulub".