Xəbər lenti

Ukrayna artıq əks-hücuma başlayıb? - Müdafiə nazirinin müavinindən cavab
Dünya12:43 19.04.2023

Ukrayna artıq əks-hücuma başlayıb? - Müdafiə nazirinin müavinindən cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əks-hücum artıq başlayıb, Ukrayna silahlı qüvvələri Ukrayna ərazilərini tam azad etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə telemarafonun efirində müdafiə nazirinin müavini Anna Malyar bildirib. Onun sözlərinə görə, əks-hücumun strateji məqsədi bütün Ukrayna ərazilərini azad etmək və düşməni dayandırmaqdan ibarətdir. Ona görə də "əks-hücum haqqında dar danışmaq düzgün deyil”.
"Əks-hücum texnikanın hazırlanmasını, insanların hazırlanmasını, ehtiyatları əhatə edir. Bu, A, B, C planları üçün müəyyən taktikaların planlaşdırılmasıdır, çünki bir hərəkət kursu ola bilməz", - o deyib.
Nazir müavini bildirib ki, Ukrayna komandanlığının bir neçə hücum planı var və onlar ilk növbədə düşmənin vəziyyəti, Müdafiə Qüvvələrinin imkan və qabiliyyətləri barədə məlumatlardan asılıdır.
"Siz başa düşməlisiniz ki, Silahlı Qüvvələr yalnız bir şeyi dar bir istiqamətdə hazırlamır. Lakin Ukrayna Silahlı Qüvvələri daim, hər gün ərazilərimizin tam azad edilməsinə hazırlaşır və bu, böyük tədbirlər kompleksidir, nəinki sadəcə əks-hücum”, - deyə Malyar əlavə edib.
O qeyd edib ki, artıq döyüş meydanında baş verənləri əks-hücum adlandırmaq olar.
"Onlar nəyinsə olacağını vurğulayırlar, amma əslində bütün bunlar artıq baş verir. Elə hazırda da əks-hücum baş verir", - Malyar izah edib.
Alpər