Xəbər lenti

Ukrayna baş naziri MDB toplantısına qatılmadı
Dünya18:26 30.05.2014

Ukrayna baş naziri MDB toplantısına qatılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 30-da Minskdə MDB ölkələrinin baş nazirləri Şurasının sessiyası keçirilir.

ANS PRESS-in məlumatına görə, mədəniyyət, səhiyyə, təhsil, texniki innovasiyalar və idman sahəsində 20 sənəd imzalanmalıdır.

Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Türkmənistan öz baş nazirləri və ya baş nazirin müavinləri ilə təmsil olunur. Ukraynanı isə bu ölkənin Belarusdakı səfiri təmsil edir.

Martın 14-də Ukrayna parlamentinə təqdim olunan qanun layihəsi Ukraynanın MDB-dən çıxmasını təklif edir.

Qaynar.info