Ukrayna baş nazirinin müavini İrina Vereşçuk hesab edir ki, Rusiya ilə hərbi münaqişə "ağır və uzun sürəcək”. O, ukraynalıları uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Teleqramda
yazıb.
"Müharibə nə qədər davam edəcək? Dürüst olmalıyıq. "2-3 həftə", "ilin sonuna qədər", "gələn yaz" - bütün bunlar doğru deyil... Vətəndaşlar və hakimiyyət uzun və çətin müharibəyə köklənməlidir", - Vereşçuk yazıb.
"The Wall Street Journal” yazır ki, Ukraynaya dəstək verən ölkələr 2024-cü ildə Ukrayna ordusunun hücumuna hazırlaşmağa başlayır. "Politico” yazır ki, ABŞ hakimiyyəti Ukraynadakı münaqişəni dondurmağa hazırlaşır. NATO-nun baş katibinin ofisinin rəhbəri Stian Yensen bildirib ki, ola bilsin, Ukrayna NATO-ya daxil olmaq üçün ərazisinin bir hissəsini verməli olacaq.
Nizami Bağırov