"Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin".
Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciəti zamanı deyib.
Vereşçuk ölkədə humanitar dəhlzilərin açılması üçün kömək istəyib:
"Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden... Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin. Əhalini saxta xəbərlərə inanmamağa çağırıram. Humanitar dəhlizlərin açılması barədə əvvəlcədən xalqa məlumat veriləcək”.
Xəyal