Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində rus işğalçılarının olduğu kazarmaya artilleriya zərbələri endirib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, yayılan görüntülərdə Rusiya əsgərlərinin ikimərtəbəli binada Ukrayna Silahlı Qüvvələrinin gözündən yayınmağa çalışdığı
görünür.
Ukrayna hərbçiləri işğalçıların tam qüvvə ilə kazarmalara daxil olmasını gözləyir, yalnız bundan sonra artilleriya atəşi açır. Binanın birinci və ikinci mərtəbəsi alova bürünür.
Rusiya əsgərlərinin bəziləri ilk zərbədən yayınmağa müvəffəq olsa da, tezliklə onlar da hədəfə çevirilir. Ruslar silah-sursat anbarını kazarmanın ərazisinə yerləşdirdiyindən sursatın partlaması yanğının genişlənməsinə səbəb olub.
Aydın