Xəbər lenti

Ukrayna Baxmutu itirərsə, Kiyev kompromisə sövq ediləcək - Zelenski
Dünya08:11 29.03.2023

Ukrayna Baxmutu itirərsə, Kiyev kompromisə sövq ediləcək - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Donetsk vilayətində rus işğalçıları ilə qızğın döyüşlərin getdiyi Baxmut şəhərini itirərsə, Rusiya prezidenti Vladimir Putin bu qələbəni həmvətənlərinə, İrana və Çinə "satacaq” və Ukrayna kompromisə doğru sövq ediləcək.
Qaynarinfo xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski "The Associated Press”ə müsahibəsində rusiyalıların lideri ukraynalıların zəif olduğuna dair "bir növ qan qoxusunu hiss etsə”, "sıxacaq, sıxacaq, sıxacaq” deyib.
"Baxmut Rusiya qoşunlarına təslim olarsa, onların prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana satacaq", - Ukrayna lideri bildirib.
Ukrayna dövlət başçısı vurğulayıb ki, Baxmutda məğlub olacağı təqdirdə hökumət daxili və xarici təzyiqlərlə üzləşəcək.
"Cəmiyyətimiz özünü yorğun hiss edəcək... Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edəcək", - Zelenski xəbərdarlıq edib.
Nizami Bağırov