Xəbər lenti

Ukrayna Belqorod vilayətinin kəndlərini bombaladı
Dünya09:19 12.08.2023

Ukrayna Belqorod vilayətinin kəndlərini bombaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belqorod vilayəti yenidən Ukraynanın hücumuna məruz qalıb. 
Qaynarinfo xəbər verir ki, bölgə rəhbəri Vyaçeslav Qladkovun "Telegram"da verdiyi məlumata görə, Belqorod vilayətinin Juravlyovka kəndində Ukrayna pilotsuz uçan aparatdan bir qumbara atıb.
Həmçinin Krasnoyaruzski rayonunda, Demidovka kəndinin kənarında pilotsuz təyyarədən 1 ədəd naməlum partlayıcı qurğu atılıb. Bildirildiyinə görə, Belqorod şəhərinə yaxınlaşan bir PUA isə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bundan əlavə, bölgə minaatan atəşinə məruz qalıb - Şebekinski şəhər dairəsində Pankov fermasına üç minaatan mərmisi, Terezovka kəndinə isə iki artilleriya mərmisi atılıb. Batratskaya daça kəndi yaxınlığında düşmənə məxsus pilotsuz uçan aparat vurulub.
Qubernator əlavə edib ki, xəsarət alan olmayıb.
Alpər