Xəbər lenti

Ukrayna bir həftədə nə qədər ərazi azad edib?
Dünya05:22 13.06.2023

Ukrayna bir həftədə nə qədər ərazi azad edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hakimiyyəti əks-hücumun bir həftəsi ərzində Silahlı Qüvvələrin bir neçə kilometr irəliləyərək, 7 yaşayış məntəqəsini azad etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna ölkənin şərqindəki Donetsk və Zaporojye vilayətlərində aşağıdakı yaşayış məntəqələrini geri alıb: 
Lobkovoye, Levadnoe, Novodarovka, Neskuçnoye, Storojevoye, Makarovka və Blaqodatnoye.
Ümumilikdə, Ukrayna qoşunları 90 kv.km ərazini nəzarətə götürərək, 6,5 km irəliləyib. 
Ukrayna Müdafiə Nazirliyinin digər məlumatına görə, Silahlı Qüvvələr ötən həftə Baxmut istiqamətində sol cinahdan 1,5 km, sağ cinahdan 3,5 km irəliləyib. Nəzarətə götürülən ərazinin sahəsi 16 kv.km-dir 
Nizami Bağırov