Ukrayna prezidenti Zelenskinin müşaviri İqor Zovkva BMT baş katibinin Rusiya səfərini təndiq edib.
Qaynarinfo "The Hill” saytına istinadla xəbər verir ki, bu barədə İror Zovkva NBC kanalına açıqlamasında
bildirib.
Ukrayna prezident administrasiyası rəsmisi bildirib ki, BMT baş katibi Antonio Quterreşin Rusiya prezidenti Putinlə görüşməsi yaxşı fikir deyil.
"Biz onun Moskvaya getməsi və Putinlə danışıqlar aparmasının niyyətini başa düşmürük”, - deyə İqor bildirib.
Ukrayna prezidenti müşaviri həmçinin BMT-nin Ukraynaya yardım məsələsində geri qaldığını da deyib.
"BMT baş katibinin bu məsələlər üzərində də düşünməyi yaxşı olardı”, - Zovkva deyib.
O, BMT tərəfindən təşkil olunan bu danışıqların sülhlə nəticələnə biləcəyinə şübhə etdiyini qeyd edib.
Qeyd edək ki, keçən həftə BMT baş katibi Antonio Quterreş Rusiya və Ukrayna prezidentləri ilə sülh danışıqları üçün görüşmək istədiyini bildirmişdi. Moskva səfərində o Rusiya xarici işlər naziri Lavrov və prezident Putinlə görüşəcək.
Nurlan Hüseynov