Xəbər lenti

Ukrayna BSU qondarma DXR-in “əfsanəvi polkovniki” Olqa Kaçuranı məhv etdi (FOTO)
Dünya12:28 04.08.2022

Ukrayna BSU qondarma DXR-in “əfsanəvi polkovniki” Olqa Kaçuranı məhv etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qondarma DXR-in Xalq Milis polkovniki, "Korsa” ləqəbli Olqa Kaçura öldürülüb. İlkin məlumatlara görə, zabitin olduğu avtomobil Verxnetoretski yaxınlığında atəşə tutulub.
Qaynarinfo bu barədə MK.ru-ya istinadla xəbər verir.
"Bu gün Qorlovka və respublika üçün qara gündür. DXR Xalq Milisinin yaradıcılarından biri, cəsur və müdrik qadın faciəvi şəkildə öldü”, - şəhər rəhbəri İvan Prixodko bildirib.
Onun sözlərinə görə, öz qəhrəmanlıqları və xidmətə münasibəti ilə Kaçura DXR sakinlərinin məhəbbətini və həmkarlarının hörmətini qazanıb. Onu respublika ordusunun əsl əfsanəsi adlandırırdılar. 2012-ci ilə qədər Korsa Ukrayna ordusunda xidmət edib, 2014-cü ildə isə DXR-ə keçib. Son səkkiz il ərzində o, Respublika Silahlı Qüvvələrinin raket-artilleriya bölməsinə komandirlik edib.
Alpər