Xəbər lenti

Ukrayna bu tarixdən Aİ-yə elektrik enerjisi ixracını dayandıracaq
Dünya17:22 10.10.2022

Ukrayna bu tarixdən Aİ-yə elektrik enerjisi ixracını dayandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna oktyabrın 11-dən atışmalara görə Avropa İttifaqına elektrik enerjisinin verilməsini dayandıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.
"İstilik istehsalı və elektrik yarımstansiyalarını vuran bugünkü raket zərbəsi Ukraynanı öz enerji sistemini sabitləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur etdi”, - nazirlik bildirib.