Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun vaxtı ali baş komandanın rəhbərlik etdiyi hərbçilər tərəfindən müəyyən edilir. "Divan” ekspertlərinin cəbhədəki real vəziyyət barədə məlumatı yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev telekanalına müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov
bildirib.
"Bu əks-hücum baş verəndə təmkinli olmalıyıq. Hərbçilər öz işlərini, nə vaxt başlamaq lazım olduğunu bilirlər. Ən əsası isə nə qədər tez, ən az sayda itki ilə ölkəmiz üçün faydalı bu işi necə həyata keçirəcəklərini, ərazilərimizi işğalçıdan azad edəcəklərini yaxşı bilirlər”, - Danilov bildirib.
Onun sözlərinə görə, "divan” ekspertlərinin real vəziyyətdən xəbəri yoxdur.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, "səbirli olmalı və hər şeyi öz gözümüzlə görməliyik”.
Bundan əvvəl məlum olub ki, Ukrayna və Rusiya cənubda hərbi əməliyyatların aktiv fazasının başlamasına hazırlaşır. Rusiya qüvvələrinin Krivoy Roq istiqamətində zərbə qüvvəsi formalaşdırması və ehtiyat qüvvələri çıxarmaq cəhdləri var.
Alpər