Xəbər lenti

Ukrayna Donbasda “Bayraktar”dan istifadə etdi, rus silahı vuruldu (VİDEO)
Dünya08:15 27.10.2021

Ukrayna Donbasda “Bayraktar”dan istifadə etdi, rus silahı vuruldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyənin "Bayraktar” hücum dronunun Ukrayna hərbçiləri tərəfindən ilk istifadəsinə dair xəbərləri təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, Baş Qərargahın Facebook-dakı mətbuat mərkəzinin məlumatında deyilir: "Bu gün, 26 oktyabr 2021-ci il tarixində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyat rayonunda "Bayraktar” kəşfiyyat-zərbə pilotsuz kompleksi ilk dəfə olaraq döyüş məqsədilə istifadə edilib".
Saat 14:35-dən 15:15-dək D-30 haubitsa batareyası Donbassda Qranitnoye kəndi yaxınlığında Silahlı Qüvvələrin mövqelərini atəşə tutub, nəticədə hərbçilərdən biri ölüb, digəri yaralanıb. Baş Qərargah Ukrayna tərəfinin SMM vasitəsilə ATƏT-in atəşkəs tələb etdiyini, lakin bunun baş vermədiyini bildirib.
Bundan sonra "Bayraktar”dan istifadə edilib: pilotsuz təyyarə toqquşma xəttini keçməyib və idarə olunan bomba ilə bir topu məhv edib - Ukrayna mövqelərinin atəşə tutulması dayanıb, - xəbərdə deyilir.
Sentyabrın sonunda məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşü ilə eyni vaxtda Ukrayna ilə birgə baza haqqında müqavilə imzalayıb. Ukrayna prezidentinin ofisinin saytında xəbər verilir ki, söhbət "Bayraktar” döyüş aparatları mərkəzinin yaradılmasından gedir. Hərbçilərə döyüş pilotsuz uçan aparatları ilə işləmək üçün təlim keçmək də planlaşdırılır.
Ukrayna lideri Vladimir Zelenski bu sazişi ölkə üçün son dərəcə vacib adlandırıb, çünki bu, onun müdafiəsini artıra bilər.
Əlavə edirik ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Kiyevin Rusiyanın qarşısını almaq və ərazisini qorumaq üçün Türkiyədən zərbə PUA-ları aldığını bildirib.
Alpər
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FGeneralStaff.ua%2Fvideos%2F467614907881638%2F&show_text=0&width=560" width="560" height="311" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">