Xəbər lenti

Ukrayna Donbasda vəziyyətin ağırlaşmasıyla bağlı BMT-yə müraciət etdi
Dünya06:51 03.04.2021

Ukrayna Donbasda vəziyyətin ağırlaşmasıyla bağlı BMT-yə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Rusiya qoşunlarının döyüş hazırlığının artması və Donbasdakı döyüşlərin aktivləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Twitter-də Ukraynanın BMT-dəki nümayəndəliyi məlumat verib.
"Biz BMT Təhlükəsizlik Şurasının tərəfdaş üzvlərinə Donbasda təhlükəsizliyin kəskinləşməsi və işğal altında olan ərazilərdə, eləcə də Ukrayna ilə sərhəddə Rusiya hərbi mövcudluğunun gücləndirilməsi barədə məlumat verdik. Onların dəstəyini qiymətləndiririk, əminik ki, Rusiyaya qarşı birgə göstərilən səylər və təzyiqlər hərbi eskalasiyanı dayandıracaq", - mesajda deyilir.
Alpər