Xəbər lenti

Dünya 13:15 21.08.2023

"Ukrayna duruş gətirməsə, Rusiyanın bütün qonşuları təhlükə altında olacaq" - Zelenski

"Rusiya Ukraynanı işğal edə bilsə, digər Avropa dövlətlərinə də ağrı və iztirab gətirəcək. Ancaq o, bunu edə bilməyəcək, çünki ölkəmiz duruş gətirəcək". 

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna prezidenti Volodimir Zelenskinin Danimarka parlamenti qarşısında çıxışına istinadən yazır.

O qeyd edib ki, indi rus şəri Ukraynanın şəhər və kəndlərini ağrı və ölümlə vurur. Eyni zamanda, işğalçı ölkə özünü Ukrayna ilə məhdudlaşdırmayacağını açıq şəkildə bildirir:

"Bizim ölkədən sonra bu əzabları Avropaya, ardınca bütün dünyaya çatdırmaq istəyirlər. Əminəm ki, siz bunu Moskvadan eşidirsiniz. Ukrayna duruş gətirməsə, Rusiyanın bütün qonşuları təhlükə altında olacaq", deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, beynəlxalq hüququ dirçəltmək olmayacaq. Onun sözlərinə görə, dünyanın istənilən demokratik ölkəsi hədəfə çevrilə bilər. Ya raketlər, ya muzdlular, ya da sabitliyi pozmaq üçün. O, əmindir ki, demokratik ölkələr bunu hiss edir.

"Ancaq Ukrayna duruş gətirəcək. İstəyirəm ki, siz bunu eşidəsiniz, görəsiniz və hiss edəsiniz. Ukrayna duruş gətirəcək", deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, həftəsonu Ukrayna prezidenti İsveç, Niderland və Danimarkada səfərdə olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->