Xəbər lenti

Ukrayna ərazisinin təxminən 26%-i hələ də Rusiyanın işğalı altındadır - Zelenski
Dünya 13:52 05.02.2024

Ukrayna ərazisinin təxminən 26%-i hələ də Rusiyanın işğalı altındadır - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ərazisinin təqribən 26%-nin Rusiyanın işğalı altında olduğunu, lakin Rusiya ordusunun artıq ciddi irəliləyişlər əldə etmək iqtidarında olmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə İtaliyanın Rai 1 kanalına müsahibəsində danışıb.

"İki il ərzində dövlətimizi qorumağı bacarmağımız vacibdir. Ölkə ərazisinin təxminən 26%-i hələ də işğal altındadır, lakin biz görürük ki, Rusiya ordusu ciddi irəliləyişə nail ola bilmir. Biz onların qarşısını aldıq”, - deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti xatırladıb ki, Rusiyanın genişmiqyaslı işğalının ilk günlərində insanlar çox qorxurdular və böyük xaos hökm sürürdü. Onun sözlərinə görə, indi hər şey fərqlidir, çünki ukraynalılar "öz torpaqlarını və ailələrini müdafiə etməyə başlayıblar”.

"Bu gün ölkə müharibənin nə olduğunu bilir, çox təəssüf ki, çox sayda ailələr yaxınlarını itirib, yaralananlar var, cəbhədə çox sayda insan var. Lakin biz tək deyilik, biz dünya liderlərini birləşdirə bildik”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, Ukrayna Reinteqrasiya Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabrına Ukraynanın 144 ərazi icmasının 2804 yaşayış məntəqəsi müvəqqəti işğal altında olub.

Dekabrda Zelenski bildirib ki, Rusiya 2023-cü ildə Ukraynanın bir kəndini belə işğal edə bilməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->