Ukrayna SSO əsgərləri Rusiya tərəfindən Kaxovka bəndinin dağıdılması ilə əlaqədar mövqeləri su altında qalan 5 rus hərbçisini xilas edib.
Qaynarinfo xəbər verir ki, iyunun 16-da səhər saatlarında USQ boğulmaqda olan əsgərləri xilas etmək üçün xüsusi əməliyyatı qeydə alan bir video yayımlayıb.
"Kaxovka Su Elektrik Stansiyasını partladan Rusiya komandanlığı heç bir şəkildə öz şəxsi heyətinin həyatını nəzərə almayıb. Axı, bəndin dağılmasından sonra onlarla işğalçı Xersonda su basmış mövqelərdə materikdən ayrı düşüb”, deyə məlumatda bildirilir.
Rusiya Silahlı Qüvvələrinin bu mövqelərindən biri su altında qalıb, bir neçə rus isə boğulmaq üzrə olub. Rusları ələ keçirməyin mümkünlüyü barədə məlumat alan USQ əsgərləri onların arxasınca gediblər.
Beş rus döyüşçüsü qayıqlara mindirilib. Bu zaman digər mövqelərdə olan ruslar qayıqlarda yoldaşlarının da olmasına baxmayaraq, onlara atəş açıblar.
Amma bütün əsirlər canlı şəkildə sahilə gətirilib. Missiya zamanı Ukrayna əsgərləri xəsarət almayıb.
Alpər