Ukrayna F-16 qırıcılarını qəbul etmək üçün aerodrom infrastrukturunu hazırlayır. Eyni zamanda Qərbdə pilotlar və mühəndislər hazırlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant Aleksandr Pavlyuka istinadən məlumat yayıb.
Pavlyukun qeyd etdiyi kimi, F-16 çoxməqsədli təyyarələrinin Ukrayna müdafiə qüvvələrinin ümumi sisteminə inteqrasiyası üzrə işlər həm Ukrayna daxilində, həm də beynəlxalq hava qüvvələri koalisiyası çərçivəsində davam edir. Bu proseslər eyni vaxtda baş verir.
"Biz 2024-cü ilin sonuna kimi "Fast Track”in tətbiqi üzərində işləyirik. Onun bir hissəsi olaraq çoxməqsədli qırıcılar üçün aerodromlar qiymətləndirilib. Həmçinin pilotlarımız və mühəndislərimiz 2023-cü ilin avqust ayından etibarən bir sıra geniş proqramlar üzrə F-16-da təlim keçirlər”, - ukraynalı nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Ukrayna daxilində infrastrukturun hazırlanması, onun mühafizəsi, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə və bir sıra digər məsələlər üzrə mürəkkəb və əziyyətli iş aparılır.
Pavlyuk qeyd edib ki, Ukrayna ərazisində təlimlər döyüş tapşırıqlarını yerinə yetirmək üçün aerodrom infrastrukturundan, mühəndislər və uçuş heyətindən daimi istifadə şəraitində keçirilir.
Nizami Bağırov