Xəbər lenti

Ukrayna hələ qalib gəlməyib, amma Rusiya artıq məğlubiyyətə uğrayıb - Borrell
Dünya14:19 11.05.2023

Ukrayna hələ qalib gəlməyib, amma Rusiya artıq məğlubiyyətə uğrayıb - Borrell

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası artıq hərbi məğlubiyyətə uğrayıb. Eyni zamanda, Ukrayna hələ müharibədə qalib gəlməyib.
Qaynarinfo "El Mundo"ya istinadən xəbər verir ki, bunu Brüsseldə müdafiə və təhlükəsizlik üzrə Avropa sammiti zamanı Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Cosep Borrel deyib.
"Bu, qanlı müharibədir, lakin Rusiya bu müharibəni artıq uduzub. Ukrayna hələ qalib gəlməyib, lakin Rusiya açıq-aşkar hərbi məğlubiyyətə uğrayıb", Borrell deyib.
Aİ-nin xarici siyasət idarəsinin rəhbərinin qeyd etdiyi kimi, Rusiya Kiyevi "bir neçə həftəyə” ələ keçirmək cəhdində uğursuzluğa düçar oldu və Baxmutu tuta bilmədi.
Eyni zamanda, Borrell dünyanı Qərbə və digərlərinə bölməkdən çəkindirib, çünki Rusiya "dünyanın qalan hissəsindən" dəstək tələb etməkdən məmnun olardı.
"Bir çox insan Rusiyanı kifayət qədər qınamır. Onlar Birləşmiş Millətlər Təşkilatında Rusiyanın əleyhinə səs veriblər... Amma sonra mən Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdə kifayət qədər güclü olmayan bəzi dünya liderlərini eşidirəm", deyə Borrell əlavə edib.
Nizami Bağırov