
Ukrayna Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Aleksandr Poronyuk detalları açmayıb və bunu hərbi sirr adlandırıb
Bu gün martın 8-də Ukraynanın Lvov şəhərindən onlarla zirehli döyüş maşını və yük maşını çıxarılaraq şərq istiqamətə yönəldilib.
ANS PRESS-in məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin qərb bölgəsi üzrə mətbuat mərkəzindən bildiriblər ki, bu, “məşqdir”. Bu barədə məlumat verən polkovnik-leytenant Aleksandr Poronyuk “məşqin” detallarını açmayıb və bunu hərbi sirr adlandırıb.
Aleksandr Poronyuk sakinlərdən xahiş edib ki, hərbi texnikanın vilayətin ərazisi ilə hərəkətini anlayışla qarşılasınlar. “Xahiş edirəm ki, avtomobillər kolona “dürtülməsinlər”. Hərbçilər məşq edirlər”, - deyə o vurğulayıb.
Qaynar.info