Xəbər lenti

Ukrayna hərbi təyyarələri necə əldə edə bilər? - ABŞ nümayəndəsi açıqladı
Dünya11:15 16.05.2022

Ukrayna hərbi təyyarələri necə əldə edə bilər? - ABŞ nümayəndəsi açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev hərbi məqsədlər üçün sovet tipli təyyarələr ala bilər. ABŞ belə tədarüklərə mane olmur.
Qaynarinfo xəbər verir ki, bu barədə "European Pravda”ya müsahibəsində ABŞ-ın müvəqqəti işlər vəkili Kristina Kvinn məlumat verib.
O qeyd edib ki, Vaşinqtonda belə təyyarə yoxdur, ona görə də ukraynalı pilotlar Amerika təyyarələrindən istifadə etmək üçün yenidən hazırlıq keçməlidirlər.
"Həqiqətən də, NATO daxilində başqa ölkələrdən belə təyyarələrin tədarükü ilə bağlı müzakirələr aparılıb, lakin bir sıra səbəblərə görə bu mexanizm işləməyib”, - Kvin bildirib.
Onun sözlərinə görə, bu təyyarələrə malik olan müttəfiq dövlətlər ikitərəfli müqavilələr əsasında onları Ukraynaya tədarük edə bilərlər. Öz növbəsində ABŞ belə tədarüklərə mane olmur, ona görə də təyyarələri yalnız sərhəddən keçirmək lazımdır.
2021-cil, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Əvvəlcə düşmən hərbi obyektləri bombalayıb, sonra isə dinc əhaliyə hücum edib.
Ukrayna üçün əsas problem hava bombardmanı idi. Bu problemi həll etmək üçün Kiyev NATO-dan Ukraynanın səmasını və ya ən azı kritik obyektlərin üzərindən bağlamağı xahiş edib. Bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Belə bir fikir var idi ki, bu, NATO ilə Rusiya arasında birbaşa toqquşmaya gətirib çıxaracaq.
Bundan sonra prezident Vladimir Zelenski işğalçıların hava hücumlarını müstəqil şəkildə dəf edə bilmələri üçün Ukraynaya hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.
Alpər