HIMARS reaktiv yaylım atəş sistemlərinin zərbələrindən əvvəl Ukrayna ordusu ABŞ-la məsləhətləşmələr aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibitski "Telegraph”a müsahibəsində
bildirib.
Onun sözlərinə görə, HIMARS-dan istifadə edərkən Ukrayna Silahlı Qüvvələri real vaxt rejimində alınan məlumatlardan istifadə edir. Eyni zamanda, ABŞ rəsmiləri hədəflərlərlə bağlı birbaşa məlumat vermirlər. Bununla belə, Skibitskinin dediyinə görə, "raket zərbələri ərəfəsində hər iki ölkənin kəşfiyyat rəsmiləri arasında məsləhətləşmələr aparılır”.
Nəşr qeyd edir ki, xüsusilə, bu səviyyə əgər ABŞ tərəfi "nəzərdə tutulan hədəfdən narazıdırsa”, Vaşinqtona "istənilən potensial hücumları dayandırmağa” imkan verəcək.
Nizami Bağırov