Xəbər lenti

Ukrayna hökuməti istefası verir
Dünya14:16 02.12.2013

Ukrayna hökuməti istefası verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali Radanın dekabrın 3-də keçiriləcək iclasında bu qərarla bağlı layihə müzakirə olunacaq


Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib. ANS PRESS-in “İnterfax”a istinadən verdiyi məlumata görə, buna komitənin 8 üzvü səs verib, 1 nəfər isə bitərəf qalıb.

Layihənin rəhbəri UDAR farksiyasının lideri Vitali Kliçkodur. O, bunun özünün deyil, küçələrə toplaşan əhalinin qərarı olduğunu bildirib.

Ali Rada dekabrın 3-də keçiriləcək iclasında bu qərarla bağlı layihəni müzakirə edəcək. Parlamentin sabahkı iclasında 168 yerə malik olan müxalifətçi depudatlar Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs toplamalıdırlar.


Qaynar.info