Xəbər lenti

Ukrayna hücuma keçdi: "Ölkənin şərqinə ordu yeridilir"
Dünya20:13 13.04.2014

Ukrayna hücuma keçdi: "Ölkənin şərqinə ordu yeridilir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ukrayna ordusu ölkənin şərqindəki anti-terror əməliyyatlarını həyata keçirəcək".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Aleksandr Turçinoc çıxış edib. 

O artıq bununla bağlı Təhlükəsizlik Şurasının qərar qəbul etdiyini söyləyib:

"Biz Milli Təhlükəsizlik Şurasında Silahlı Qüvvələrin də iştirakı ilə geniş miqyaslı anti-terro əməliyyatlarının başlanılması haqqında qərar qəbul etdik. Biz Rusiyaya Krım ssenarisini Ukraynanın şərqində təkrarlamasına izn verməyəcəyik". 

Qeyd edək ki, artıq bir neçə gündür Ukraynanın şərq vilayətlərində Rusiya meyilli qüvvələrin etirazları keçirilir. Ölkənin şərqindəki bəzi şəhərlərin dövlət administrasiyası etirazçıların nəzarətinə keçib. Ukraynanın Baş Prokurorluğu ölkənin şərqindəki hadisələrin əsas təşkilatçılarının Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib.

Qaynar.info