Xəbər lenti

Ukrayna İlan adasına endirdiyi zərbələrə görə rusları məsxərəyə qoydu
Dünya09:47 16.07.2023

Ukrayna İlan adasına endirdiyi zərbələrə görə rusları məsxərəyə qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna kəşfiyyatı Rusiya ordusunun İlan adasına endirdiyi son zərbələri şərh edib. Bu cür hərəkətlərin heç bir hərbi məqsədəuyğunluğunun olmadığı qeyd edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov bildirib. O deyib ki, ada Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
"Burada sadəcə Lavrovdan sitat gətirmək olar: "gicbəsərlər”. Bu zərbələrdə heç bir hərbi məqsədəuyğunluq olmayıb. Ada Ukraynanın tam nəzarəti altındadır", - Yusov "Azadlıq" telekanalının efirində deyib.
Eyni zamanda o vurğulayıb ki, İlan adasında heç bir silah və şəxsi heyət yoxdur.
"Amma aydındır ki, harada Ukrayna bayrağı varsa, ruslar orada özləri üçün böyük təhlükə görürlər”, - kəşfiyyatçı fikrini yekunlaşdırıb.
Alpər