Xəbər lenti

Ukrayna İlanlı adasına bayrağını sancdı (VİDEO)
Dünya10:19 07.07.2022

Ukrayna İlanlı adasına bayrağını sancdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İlanlı” adasında Ukrayna hərbçilərinin Ukrayna bayrağını qaldırdığını əks etdirən video yayımlanıb.
Qaynarinfo xəbər verir ki, video Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Facebook səhifəsində yayımlanıb.
Odessa hərbi-mülki administrasiyasının sözçüsü Sergey Bratçuk öz Teleqramında qeyd edib ki, bayraqda "Rus hərbi gəmisi”, unutma, İlanlı adası Ukraynadır!”
Bayrağı Odessa HMA-nın rəhbəri Maksim Marçenko imzalayıb.
İyulun 4-də Cənubun əməliyyat komandanlığı İlanlı adasının azad edilməsi əməliyyatının başa çatdığını bildirib. Ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb.
Nizami Bağırov