Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İran hökumətinin "Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə haqq qazandıran” bəyanatlarına reaksiya verib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
"İran Rusiya müharibəsi başlayandan bəri açıq şəkildə neytrallığını bəyan edib və atəşkəs və siyasi-diplomatik həll tələb edib, bu baxımdan Ukrayna tərəfi İran hökumətinin bəyanatlarının dəyişməsindən narahatdır”, - Nikolenko deyib.
Nikolenko daha sonra bildirib ki, Rusiyanın təcavüzkar hərəkətlərinə göz yummaq Rusiyanı Ukrayna xalqına qarşı ədalətsiz müharibəsini davam etdirməyə təşviq etməklə yanaşı, həm də dünyanın digər bölgələrində sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır.
O, həmçinin vurğulayıb: "Rusiyaya Ukraynanın hücum hazırlamaqla bağlı bütün iddia və ittihamları əsassız və manipulyasiyadır. Biz İran tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini alovlandıran hər hansı bəyanat və ya hərəkətlərdən çəkinməyi xahiş edirik”.
Aydın