Ukrayna kasetli sursatların istifadəsi ilə bağlı hesabatı ABŞ-la bölüşəcək.
Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov CNN-ə açıqlamasında təsdiqləyib. Vaşinqton dəfələrlə Rusiya ərazisində kasetli sursatların istifadəsini qadağan etdiyini vurğulayıb və Kiyev bu şərtlə
razılaşıb.
Jurnalistlərə danışan Reznikov hesabatı gözlədiyini, daha sonra "yəqin ki, bazar ertəsi və ya çərşənbə axşamı", yəni iyulun 24-ü və ya 25-də Pentaqona təqdim edəcəyini söyləyib.
"Biz bu istifadənin (kaset sursatlarının) nəticələri haqqında məlumat verəcəyik, ona görə də düşünürəm ki, gələn həftə məndə ilk hesabat olacaq və mən bu hesabatı Pentaqondakı tərəfdaşlarımla paylaşacağam. Ümid edirəm ki, onlar adi döyüş sursatlarından daha effektiv olacaq", - Reznikov bildirib.
Alpər