Ukrayna Pentaqona ABŞ-ın verdiyi kassetli sursatların istifadəsi ilə bağlı hesabat təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN anonim ukraynalı məmura istinadən məlumat
yayıb.
CNN həmsöhbətinin sözlərinə görə, Pentaqona verilən məlumatda həm atışların, həm də məhv edilən Rusiya hədəflərinin sayı var. Rəsmi şəxs bu rəqəmləri verməkdən imtina edib.
Ukrayna rəsmiləri kasetli sursatların standart artilleriyadan daha təsirli olacağını gözlədiklərini bildiriblər, xüsusən də Rusiya qoşunlarının və texnikasının böyük qruplaşmalarına qarşı.
Ötən ay Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, onlar "Rusiya müdafiə birləşmələrinə və Rusiyanın müdafiə manevrlərinə təsir edir”.
Xatırladaq ki, ABŞ, Rusiya və Ukrayna kasset sursatlarının istehsalını və istifadəsini qadağan edən və 100-dən çox ölkənin imzaladığı Kasset silahları haqqında Konvensiyanı imzalayan ölkələr arasında deyillər.
İyulun 7-də ABŞ Ukraynaya DPICM tipli sursatlardan, yəni kaset mərmilərindən ibarət yeni hərbi yardım paketini təhvil verib.
Daha sonra ABŞ prezidenti Co Bayden kasetli sursatların təhvil verilməsinə razılıq verdiyini Ukrayna ordusunda kifayət qədər mərmi olmaması ilə izah edib.
Ukraynaya belə sursatların verilməsi dünyada fərqli reaksiyaya səbəb olub.
Nizami Bağırov