Xəbər lenti

Ukrayna kəşfiyyatı Rusiyada "Şahed"lərin istehsal yerini axtarır
Dünya14:06 29.08.2023

Ukrayna kəşfiyyatı Rusiyada "Şahed"lərin istehsal yerini axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibitski bildirib ki, Baş Kəşfiyyat İdarəsi "Şahed”lərin Rusiyada istehsal etdiyi yeri axtarır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "RBC-Ukrayna"ya danışıb.
O bildirib ki, Rusiya Federasiyası öz ərazisində PUA-ların böyük miqyaslı istehsalının yaradılması istiqamətində işlərə başlayıb.
"Biz PUA-ların dəqiq harada istehsal olunduğunu (dronların və onların hissələrin istehsalı ilə bir çox müəssisə məşğul olur) və faktiki istehsal gücünün nə qədər olduğunu başa düşməyə çalışırıq”, deyə Skibitski bildirib.
Onun sözlərinə görə, rusiyalıların planlarının uğuru "sanksiya üzrə tərəfdaşlarımızla nə qədər güclü işləyəcəyimizdən” asılı olacaq.
Skibitski bildirib ki, Baş Kəşfiyyat İdarəsi xüsusi olaraq PUA istehsalı üçün istifadə olunan komponentlərin, avadanlıqların, dəzgahların, proqram təminatının Rusiyaya tədarükü marşrutlarını müəyyənləşdirmək və bağlamaq üçün tərəfdaşlarla məlumat mübadiləsi aparır.
"Bundan əlavə, bu planlar Rusiya Federasiyasında bu dronların istehsalı ilə məşğul olan obyektlərə uğurlu kinetik təsirdən asılı olacaq", deyə kəşfiyyat xidmətinin rəsmisi bildirib.
Nizami Bağırov