Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin uzunmüddətli xüsusi əməliyyatı nəticəsində Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-8 helikopteri Ukraynada peyda olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrayinska Pravda” xüsusi xidmət orqanlarındakı yüksək vəzifəli mənbələrinə istinadən məlumat
yayıb.
Bildirilir ki, bu, Baş Kəşfiyyat İdarəsinin 6 aydan çox davam edən xüsusi əməliyyatı olub.
Ukrayna kəşfiyyatı Mi-8 AMTSh pilotunu Ukraynaya işləməyə cəlb edib. Helikopter iki aviabaza arasında uçuş həyata keçirib və Su-27, Su-30SM qırıcılarına aid ehtiyyat hissələrin daşınması ilə məşğul olub.
Təyyarədə pilotla yanaşı, helikopterin əslində hara uçduğunu bilməyən iki ekipaj üzvü də olub.
Mi-8 Xarkov vilayətinə eniş edib.
Xüsusi əməliyyat nəticəsində iki ekipaj üzvü məhv edilib.
Pilot və ailəsi Ukraynadadır, ailə əvvəlcədən Rusiya Federasiyasından çıxarılıb.
Mi-8 ruslara çatdırmalı olduğu qırıcı təyyarələrin hissələri ilə birlikdə Ukraynanın əlindədir.
UP-nin məlumatına görə, helikopter artıq Kiyevdədir.
Nizami Bağırov