Dünya 13:16 05.01.2024

Ukrayna Krıma hücum etdi, Rusiyanın 23 hərbçisi öldürüldü

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Krım körpüsü: əməliyyat məlumatı" "Telegram" kanalında məlumat verilib.

Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyatın təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunub. 

Eyni zamanda, Sevastopol qubernatoru Mixail Razvozhaev "Telegram" kanalında şəhərdə hava hücumu xəbərdarlığı elan edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi iddiasına görə, hava hücumundan müdafiə sistemləri Krım üzərində 36 pilotsuz uçuş aparatını (PUA), həmçinin Krasnodar diyarı üzərində bir pilotsuz uçan aparatını ələ keçirib və məhv edib.

Ukrayna KİV-nin məlumatına görə isə Ukrayna Silahlı Qüvvələri Moskvanın ilhaq etdiyi Krım yarımadasına endirdiyi zərbələr nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb. Ölənlərdən 5-nin zabit olduğu bildirilib. Həlak olanların sayının artacağı istisna deyil.

Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.

Alpər