Dünya 14:26 02.04.2023

Ukrayna Krımı belə azad edəcək - Kəşfiyyatdan maraqlı foto

Ukrayna Müdafiə Nazirliyi yanında Kəşfiyyat Baş İdarəsi (GUR) Silahlı Qüvvələrin Rusiya tərəfindən ilhaq edilmiş Krıma qarşı planlaşdırılan əks-hücuma işarə ola biləcək maraqlı foto dərc edib.

Qayanrinfo "Unian"a istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatı öz "Telegram" kanalında kəşfiyyatçının üzü bulanıq halda suda çəkilmiş şəklini dərc edib.

Fotoya "Krım. Yalta. 2023" şərhi yazılıb və "GUR işləyir" həştəqi qeyd edilib.
 


Yerli mediada bu foto Krıma qarşı əks-hücuma işarə kimi qiymətləndirilib. 

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib. Bu səbəbdən Rusiya Federasiyasına qarşı bir sıra sanksiyalar tətbiq olunub.

2022-ci il noyabrın sonunda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, 6 aydan sonra müvəqqəti işğal olunmuş Krım azad ediləcək.

Öz növbəsində ABŞ-ın istefada olan generalı Ben Hodges deyib ki, Ukrayna 2023-cü ilin yayının sonuna kimi müvəqqəti işğal etdiyi Krımı azad edəcək.

Lakin Ukrayna hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Krımın azad edilməsi üçün silahların vaxtında çatdırılması lazımdır.

Aydın