Xəbər lenti

“Ukrayna Krımı qaytara bilər, əgər...” - Boris Nemtsov
Dünya09:16 20.09.2014

“Ukrayna Krımı qaytara bilər, əgər...” - Boris Nemtsov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Krımı Ukraynaya qaytarmaq üçün krımlılar başa düşməlidirlər ki, Ukraynada yaşamaq daha yaxşıdır. 

Musavat.com-un məlumatına görə, bu sözləri Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Ukrayna telekanallarından birinə müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, Rusiya prezidenti olsaydı, Krım Ukraynanın tərkibində qalardı və heç kim də onu ələ keçirməzdi. 

“Ancaq indi göründüyündən xeyli mürəkkəb bir vəziyyətdir. İndi Krımı qaytarmaq üçün gərək Krım sakinləri görsünlər ki, Ukraynada yaşamaq daha yaxşıdır. Ukrayna vaxtından əvvəl olduqca ağrılı, olduqca ağır islahatlar həyata keçirməlidir. Mən bilmirəm, siz buna hazırsınız, ya yox, amma dişi dişə sıxıb bu islahatları reallaşdırmaq lazımdır” - əlavə edib Nemtsov.

Qaynar.info