Krımın Krasnoqvardeyski rayonundakı sursat anbarında Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə yarımadanın "rəhbəri” Sergey Aksyonov Telegram kanalında bildirib.
"İlkin məlumatlara görə, dağıntı və zərərçəkən yoxdur”, - o əlavə edib. Fövqəladə hadisə yerindən 5 km radiusda əhalinin təxliyəsi barədə qərar qəbul edilib.
Bundan əlavə, Aksyonov Krım dəmir yolunda hərəkətin dayandırıldığını bildirib. Səlahiyyətlilər partlayışın nəticələrinin tezliklə aradan qaldırılacağını gözləyirlər.
Alpər