Xəbər lenti

Ukrayna Kurska niyə hücum etdi? -
Dünya 09:32 19.12.2024

Ukrayna Kurska niyə hücum etdi? - "Başqa seçimim yox idi"

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski Kursk vilayətindəki əməliyyatı gözlənilməzlik elementi sayəsində əldə olunmuş uğur adlandırıb.

Qaynarinfo xəbər verir ki, Sırski "Le Monde" nəşrinə müsahibəsində başqa çıxış yolu olmadığını və bu əməliyyatı həyata keçirməli olduğunu vurğulayıb.

"Başqa seçimim yox idi, bu əməliyyatı həyata keçirməli idim. Mən eyni zamanda Xarkovdakı hücumu pozmalı, bütün cəbhələrdə təzyiqi bir qədər azaltmalı və Sumıda yeni cəbhənin açılmasının qarşısını almalı idim. Buna görə də sərhədin qoruyan çox az sayda əsgərlə düşmənin zəif olduğu yerə hücum etmək qərarına gəldim", deyə Sırski bildirib.

O, həmçinin əlavə edib ki, Kursk vilayətində əməliyyat az sayda Ukrayna hərbçiləri ilə aparılıb, nəticədə rusiyalılar öz məqsədlərinə nail olmayıblar.

General hesab edir ki, bu yolla Rusiyanın hücum potensialı zəifləyib, Pokrovsk və Kuraxovo istisna olmaqla hücumların intensivliyi azalıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->